Xəbər lenti

“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək

Tarix: 03-09-2026 12:15     Baxış: 1 176

Yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha kəsərli tədbirlərin görülməsini tələb edir.

Mubarizciler.az xəbər verir ki, bu məqsədilə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq, sentyabr ayının 5-dən oktyabr ayının 5-dək ölkə ərazisində “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək.

Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi, onların  hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsil işçiləri, valideynlər və ictimai təsisatlarla birgə təhsilalanlar arasında maarifləndirilmə və təbliğat-təşviqat işinin daha da intensivləşdirilməsi nəzərdə tutulur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa çağırır!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar