Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının Nizami kəndində baş vermiş hadisə ilə bağlı operativ iclası keçirildi Fotolar

Goranboy rayonunun Nizami kəndi ərazisində baş vermiş hadisə ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Fövqəladə Hallar Komissiyasının operativ iclası keçirildi.
Mubarizciler.az xəbər verir ki, İclasda əhalinin təhlükəsizliyinin təmin edilməsi, sakinlərin yaşayış ünvanlarına təhlükəsiz şəkildə qaytarılması, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və görüləcək təxirəsalınmaz tədbirlər geniş müzakirə olundu.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək bildirdi ki, hadisə baş verən andan etibarən bütün aidiyyəti dövlət qurumları operativ şəkildə hadisə yerinə cəlb olunmuş, vəziyyət dərhal nəzarətə götürülmüşdür. O qeyd etdi ki, hadisənin bütün mərhələləri barədə Azərbaycan Respublikasının Adminstrasiyası, Azərbaycan Respublikasının Baş Naziri və Fövqəladə Hallar Nazirinə mütəmadi məlumat verilmiş, aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərilmişdir.
İcra başçısı vurğuladı ki, vətəndaşların təhlükəsizliyi hər zaman əsas prioritetdir və bu istiqamətdə bütün zəruri tədbirlər görülmüşdür. Risklərin tam qiymətləndirilməsindən, təhlükəsizliklə bağlı müvafiq qurumların və Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra sakinlərin saat 18:30-dan etibarən yaşayış ünvanlarına mərhələli şəkildə qayıtmaları təmin ediləcəkdir.
Məhərrəm Quliyev aidiyyəti qurumların rəhbərlərinə əhalinin təhlükəsizliyinin tam təmin olunması, vətəndaşların yaşayış yerlərinə təhlükəsiz qayıdışının operativ şəkildə təşkil edilməsi, ərazidə nəzarət tədbirlərinin davam etdirilməsi və bütün məsələlərin koordinasiyalı qaydada icra olunması ilə bağlı konkret tapşırıqlar verdi.
İclasda bildirildi ki, baş vermiş hadisə nəticəsində insan tələfatı və xəsarət alan olmayıb.
Sonda Fövqəladə Hallar Komissiyasının fəaliyyəti çərçivəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi, vəziyyətin daim nəzarətdə saxlanılması və zəruri tədbirlərin fasiləsiz davam etdirilməsi qərara alındı.

Xəbəri paylaş







































0772703001 