Xəbər lenti
21-08-2026, 13:37
 

Müstəqim Məmmədov vətəndaşları qəbul edib Fotolar

Tarix: 01-09-2026 16:11     Baxış: 595

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.

Mubarizciler.az xəbər verir ki, Vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, mənzillə təminat, sahibkarlıq obyektinə sayğacın quraşdırılması, torpaq sahəsinin sənədləşdirilməsi, örüş üçün torpaq sahəsinin ayrılması, həyətyanı torpaq sahəsinin zəbt olunması, evinin təmir edilməsi və digərt məsələlərlə bağlı müraciətlər ediblər. İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib.

Sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar