Xəbər lenti
8-11-2026, 12:47
 
4-11-2026, 17:40
 

Prezident və xanımı 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində Fotolar + Video

Tarix: 31-08-2026 20:51     Baxış: 1 393

Qırğızıstanın paytaxtı Bişkek şəhərində 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir.

Mubarizciler.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

***

Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir.

Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirəcək bu Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdıqları ənənəvi qədim idman növləri, o cümlədən atçılıq, güləş, oxatma və digərləri üzrə yarışlar təşkil ediləcək.

Sentyabrın 6-dək davam edəcək tədbir çərçivəsində iştirakçı ölkələrin mədəni irsi və milli adət-ənənələri də təqdim olunacaq.






























Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar