Xəbər lenti
2-09-2026, 15:00
 

Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda Fotolar

Tarix: 26-08-2026 17:31     Baxış: 2 646

Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər.

Mubarizciler.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezident Mehriban Əliyevaya İnstitutun fəaliyyəti barədə məlumat verib.

Qeyd olundu ki, Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrdən çoxdur uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.

Hazırda elmi-metodik mərkəz kimi fəaliyyət göstərən bu tibb müəssisəsi 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunub, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilib. Burada uşaqların müalicə-profilaktikası ilə yanaşı, pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi tədqiqatların aparılması, mövcud tibb təhsilinin təkmilləşdirilməsi həyata keçirilir. İnstitutda 255 çarpayılıq klinik şöbələr, elmi və bir çox paraklinik bölmələr var. Yenidoğulanların 60 çarpayılıq reanimasiyası və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.

Birinci vitse-prezident və qızları ziyarət zamanı institutda yaradılmış şəraitlə tanış olublar. Həmçinin gələcəkdə fəaliyyətin təkmilləşdirilməsi üçün instituta avadanlıqlar – süni ventilyasiya aparatları hədiyyə edilib.

















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar