Xəbər lenti
2-09-2026, 15:00
 

Göygöldə Fermerlərlə görüş keçirilib Fotolar

Tarix: 31-07-2026 16:40     Baxış: 1 295

Göygöldə yerli fermerlərlə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla, aidiyyəti qurumların rəhbərləri və nümayəndələri ilə görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə çıxış edən icra başçısı kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və regionların sosial-iqtisadi tərəqqisində mühüm rol oynadığını vurğulayaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatının dayanıqlı inkişafına geniş imkanlar yaratdığını bildirib.

Diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə yerli icra hakimiyyətlərinin "2026–2030-cu illər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı" hazırlanıb. İş Planında kənd təsərrüfatı istehsalının genişləndirilməsi, emal müəssisələrinin inkişafı, müasir texnologiyaların tətbiqi, fermerlərin bilik və bacarıqlarının artırılması, dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadənin təşviqi və kənd yerlərində məşğulluğun artırılması əsas istiqamətlər kimi müəyyən edilib.

İş Planında nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, aqrar sahənin inkişaf perspektivləri müzakirə olunub. Fermerlər dövlət dəstəyi mexanizmləri, mövcud problemlər və gələcək inkişaf istiqamətləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər.  Səsləndirilən təkliflər ümumiləşdirilərək İş Planına əlavə olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar