Samux Rayon Statistika İdarəsinin məlumatı

Samux rayonunda taxıl biçini başa çatmışdır.
Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yem bazasıdır. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir.
İdarədən Mubarizciler.az-a verilən məlumata əsasən bildirilib ki, 2026-cı ilin məhsulu üçün ilkin məlumatlara əsasən 10952,2 hektar taxıl sahəsində biçin aparılmış, həmin sahələrdən 44110,0 ton məhsul toplanmışdır.
Orta məhsuldarlıq 40,3 sentner olmuşdur. Biçilən taxıl sahələrinin 5126,0 hektarı buğda, 5826,2 hektar arpa sahələri olmuşdur. Biçilmiş sahələrdən 24013,2 ton buğda, 20096,8 ton arpa yığılmışdır. Buğdanın məhsuldarlığı 46,8 sentner, arpanın məhsuldarlığı isə 34,5 sentner təşkil etmişdir. Toplanmış taxılın 21364,3 tonu və ya 48,4 faizi əhali təsərrüfatlarının, 22745,7 tonu və ya 51,6 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Samux Rayon Statistika İdarəsi
Xəbəri paylaş







































0772703001 