Xəbər lenti
Dünən, 14:05
 
14-08-2026, 12:31
 

Goranboyda Milli Mətbuat Günü qeyd edildi - Fotolar

Tarix: 21-07-2026 11:20     Baxış: 1 568

22 İyul – Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun ziyalıları, ictimai fəalları və müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan milli mətbuatının 150 illik şərəfli inkişaf yolundan bəhs edərək milli mətbuat xalqımızın ictimai fikir tarixində mühüm rol oynamaqla yanaşı, cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına əhəmiyyətli xidmət göstərdiyini bildirdi.

Rayon rəhbəri çıxışında media nümayəndələrinin Goranboy rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklərin, həyata keçirilən abadlıq-quruculuq işlərinin, dövlət proqramlarından irəli gələn tədbirlərin və digər mühüm layihələrin operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasındakı fəaliyyətini yüksək qiymətləndirərək jurnalistlər cəmiyyətlə dövlət arasında etibarlı informasiya körpüsü rolunu uğurla yerinə yetirərək ictimai rəyin formalaşmasına mühüm töhfə verdiyini qeyd etdi.

Tədbirdə çıxış edən media nümayəndələri onlara göstərilən diqqət və qayğıya, eləcə də rayon İcra Hakimiyyəti ilə formalaşmış səmərəli əməkdaşlıq mühitinə görə minnətdarlıqlarını ifadə ediblər.

22 iyul - Milli Mətbuat Günü münasibətilə və Goranboy rayonunun İctimai-siyasi həyatının işıqlandırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup kütləvi informasiya vasitəsi nümayəndəsinə Goranboy Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim olundu.

Sonda xatirə şəkili çəkdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar