Xəbər lenti
25-07-2026, 19:27
 

Ülfət Qurbanov xəstəxanada çalışan şəhid ailələri ilə görüş keçirdib Fotolar

Tarix: 18-03-2026 23:51     Baxış: 1 302

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müqəddəs bayramlar münasibətilə xəstəxanada çalışan şəhid ailələri ilə görüş təşkil olunub. Tədbirin əsas məqsədi şəhid ailələrinə diqqət və qayğı göstərmək, onların bayram sevincini bölüşmək olub.

Mubarizciler.az xəbər verir ki, görüşdə xəstəxananın direktoru Ülfət Qurbanov və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Allahverdi Aliyev çıxış edərək şəhid ailələrini səmimi qəlbdən təbrik ediblər. 

Bildirilib ki, Vətən uğrunda canından keçən şəhidlərin ailələrinə qayğı göstərmək hər birimizin mənəvi borcudur. Çıxışlar zamanı şəhidlərin xatirəsi ehtiramla yad olunub, onların qəhrəmanlığının daim xalqımızın yaddaşında yaşayacağı vurğulanıb. Sonda şəhid ailələrinə bayram hədiyyələri təqdim olunub, onlarla səmimi söhbətlər aparılıb.

Qeyd edək ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında bu cür sosial yönümlü tədbirlərin keçirilməsi mütəmadi xarakter daşıyır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar