Xəbər lenti

Tərtərdə İlaxır Çərşənbə qədim adət-ənənələrlə və böyük coşqu ilə qeyd olunub Fotolar + Yenilənib

Tarix: 17-03-2026 23:23     Baxış: 707

Tərtər şəhərinin Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruzun müjdəçisi İlaxır Çərşənbə -Torpaq çərşənbəsi münasibətilə möhtəşəm bayram şənliyi keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, kollektivlər, mədəniyyət işçiləri və çoxsaylı şəhər sakinləri iştirak ediblər.

Bayramın rəmzi olan möhtəşəm tonqalı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov alovlandırıb. Daha sonra çıxış edən rayon rəhbəri sakinləri bayram münasibətilə təbrik edərək qeyd edib ki, Novruz xalqımızın milli varlığını, qədim tarixini və zəngin mədəniyyətini özündə birləşdirən ən əziz bayramdır. Vurğulayıb ki, builki çərşənbə şənlikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin sevincini yaşayaraq ölkəmizin hər yerində, o cümlədən Tərtərdə yüksək əhval-ruhiyyə ilə qeyd edilir. O, hər bir evə ruzi-bərəkət, xalqımıza əmin-amanlıq və daimi inkişaf arzulayıb.Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Milli geyimli rəqs qruplarının ifasında təqdim olunan xalq rəqsləri meydana xüsusi rəng qatıb, ifa olunan şən musiqilər sakinlərin bayram sevincini daha da artırıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar