Xəbər lenti
18-11-2024, 12:06
 

Əli İbrahimov: İnsanın davranışını formalaşdıran bir neçə amil var 0

Tarix: 04-03-2023 18:03     Baxış: 2 827

İnsanın davranışını formalaşdıran bir neçə amil var. Elmdə hər kəsə məlumdur ki, hər hansı bir şəxs cəmiyyətdə özünü təsdiq edə bilmirsə, öz potensialını aça bilmirsə, onda sabaha inam hissi, sabahdan gözləntiləri arzu olan səviyyədə deyilsə, onlar cinayət xarakterli işlər görməyə daha meylli olurlar. Əvvəllər yeni nəslin formalaşmasında bu amillər çox mühüm rol oynayırdı. Ailə, məktəb, cəmiyyət, bədii ədəbiyyat, filmlər, TV. İndi ailələrdə tarixdə görünməyən bir gərginlik var. Cəmiyyətdə xeyli problemlər var, gərginlik yaşanır. Bədii ədəbiyyat oxunmur, oxunanda da mənəvi aşınmaya daha çox yardım edən ədəbiyyat oxunur. Oğru aləmindən, ucuz dedektiv, “boyevik” və s. Mənəvi dəyərlər aşılayan filmlər yox dərəcəsindədir. TV-lər bir çox hallarda yüngüllük, yaltaqlıq aşılayan tələsik hazırlanan verilişlər işğal eyləyib.... Min illərdir ki, bütün müdrik insanlar, peyğəmbərlər, dini kitablar cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verməyə çağırır. Çünki mənəvi dəyərlər üstün olan yerdə ahəngdar münasibətlər yaranır. Mənəvi dəyərlər arxa plana keçən yerdə isə hər zaman gərginlik, qarşıdurma, mənəvi aşınma baş verir. Yarımçıq düşünən insanların sayının çoxalır. Müdrik alimlərimizin dediyini bir daha xatırladıram ki, mənəvi dəyərlərin öncə olduğu cəmiyyətlər özü-özünü tənzimləyir. Burada hansısa qanuna, kiminsə göstərişinə heç bir ehtiyac qalmır. Mənəvi dəyərlərin sıxışdırıldığı və maddi dəyərlərin önə keçdiyi cəmiyyətlərdə günü-gündən gərginlik artır, orada gözlənilməyən proseslər gedir, ən xoşagəlməz kriminal və digər hadisələr baş verir. Əvvəllər insanlar bir-birilə çox mehriban idilər, xoş münasibətlər var idi. Çalışırdı ki, mənəvi dəyərləri daim öndə saxlasın. Məhz bu səbəbdən əvvəlki cəmiyyət özü-özünü tənzimləyirdi. Qanunlar və ya kiminsə göstərişi ilə o cəmiyyət tənzimlənmirdi. Qətllərdə, cinayətlərdə başqa səbəb axtarmaq lazım deyil. Maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi açıq görünür. Zaman elə gəlib ki, getdikcə mənəvi dəyərlər sıradan çıxmaqdadır. Bir növ maddi dəyərlərin qalib gəlib. Ürək ağrısı ilə haray çəkirəm ki, cəmiyyətimizdə mənəvi dəyərlərin önə keçməsi sahəsində çoxlu işlər görmək lazımdır. Bu istiqamətdə ciddi boşluqlar var. Günü-gündən də bu boşluqlar artır. Mövcud vəziyyət çox ürəkağrıdandır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar