Xəbər lenti
8-05-2026, 14:49
 

Goranboyda yararsız hala düşən binanın bloku çökdü Fotolar

Tarix: 26-11-2025 22:20     Baxış: 1 253

Goranboyda mənzillərin döşəməsinin çökməsi zamanı yararsız hala düşən binanın bir bloku çöküb.

Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazərovun Mubarizciler.az verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

"Bir neçə gün əvvəl Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli binanın 5-ci girişində birinci mərtəbə uçmuşdu. Həmin gündən əhali təxliyə olunmuşdu, binada yaşayış yox idi. Hazırda saat 21:30 radələrində həmin binanın 5-ci girişi tam olaraq çöküb. Xəsarət alan yoxdur. Rayon icra hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları gücləndirilmiş qaydada hadisə yerindədir", - deyə o bildirib. 

Əraziyə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Xəsarət alan olmayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar