Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda mina hadisəsi baş verib

Tarix: 31-05-2025 16:23     Baxış: 1 568

Goranboyda mina hadisəsi baş verib.

Mubarizciler.az ın məlumatına görə, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu Qaraçinar kəndinin yaxınlığında, Baranbat meşəsi ərazisində minaya düşüb.

İlkin məlumata görə, adıçəkilən şəxs ərazidə çobanlıq edirmiş.

Faktla bağlı araşdırma başlanılıb.

***

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri hadisə ilə bağlı məlumat yayıb:

“Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib.

Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!”



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar