Xəbər lenti
15-09-2026, 17:52
 

TƏBİB-də vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub FOTOLAR

Tarix: 22-04-2025 22:57     Baxış: 1 631

TƏBİB-də Qlobal Fondun nümayəndələri ilə vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub. 

Mubarizciler.az TƏBİBİN mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun baş portfolio meneceri Valeriya Qrişeçkina, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, eləcə də TƏBİB-in struktur bölmələrinin rəhbərləri iştirak edib. 

Görüşdə Qlobal Fond ilə əməkdaşlıq perspektivlərinin önəmi vurğulanıb və vərəmlə mübarizə üzrə fəaliyyət istiqamətləri müzakirə olunub. 

Qeyd edilib ki, Qlobal Fond 2002-ci ildən başlayaraq dünyada QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə ən əsas beynəlxalq maliyyə institutu kimi fəaliyyət göstərir və çoxtərəfli əməkdaşlıq prinsipinə əsaslanaraq dünyanın 140 ölkəsinə adıçəkilən xəstəliklərlə mübarizədə maliyyə yardımı göstərir. Fond 2005-ci ildən başlayaraq Azərbaycana da bu üç xəstəliklə mübarizədə maliyyə yardımı göstərir.

Görüşdə vərəmlə mübarizə üzrə ölkədəki cari vəziyyət, referans laboratoriyaların işinin optimallaşdırılması, vərəmlə mübarizənin vahid mərkəzdən idarə olunması, xəstəliyin erkən aşkarlanması tədbirlərinin gücləndirilməsi, vərəmlə mübarizə istiqamətində göstərilən tibbi xidmətlərin ardıcıllıq alqoritmləri, infeksion sistemin qurulması, zəruri avadanlıqların alınması üçün dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

The Global Fund




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar