Xəbər lenti

Eyni vaxtda iki qarmonda ifa etməyi bacaran musiqiçi Kərbəlayi Lətif 0

Tarix: 18-02-2023 15:31     Baxış: 1 803

Eyni vaxtda iki qarmonda ifa etməyi bacaran musiqiçi, Şuşada anadan olan: Kərbəlayi Lətif.


MUBARİZCİLER.AZ  xəbər verir ki, Qarmon ifaçısı Kərbəlayi Lətif (tam adı: Lətif Hüseyn oğlu Əliyev) 1876-cı ildə Şuşa şəhərində çəkməçi ailəsində anadan olmuşdur.


Lətifə qarmonda ifa etməyi özü də həvəskar musiqiçi kimi məşhur olan atası öyrətmişdi. Qarmon çalmağı öyrənəndən sonra 20 yaşında olarkən Lətif qardaşı ilə birlikdə Şuşanın küçə şənliklərində və toy məclislərində çıxış etməyə başladı.


Uzun illər ərzində Kərbəlayi Lətif Qarabağ məclislərində qardaşı Məhəmmədi və aşağıdakı Azərbaycan xanəndələrini: Malıbəyli Cümşüdü, Keçəçi oğlu Məhəmmədi, Pəsxan Cəlili və Qəssab Abışı qarmonda müşayiət etmişdir. O, xalq arasında “Şirin barmaqlar” adı ilə tanındı.


Azərbaycanlı musiqişünas Firudin Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında qeyd olunur ki, 1910-cu ildə Kərbəlayi Lətifin qarmonda ifası Riqada (indiki Latviya) “Qrammofon” adlı ingilis cəmiyyəti tərəfindən vala yazılıb. 1913, 1914 və 1915-ci illərdə Kərbəlayi Lətifin ifa etdiyi “Şur”, “Rast”, “Segah”, “Bayatı-Qacar”, “Çoban bayatısı” muğamları və “Vağzalı”, “Qızılgül”, “Turacı” kimi Azərbaycan xalq rəqsləri və s. mahnılar Kiyevdə (Ukrayna) “Ekstrafon” firması tərəfindən vala yazılmışdır.


Azərbaycanın sovetləşdirilməsindən sonra (1920-ci ildə) Kərbəlayi Lətif Şuşa Musiqi Texnikumunda dərs demişdir.


1922-ci ildə Kərbəlayi Lətif İranda, İraqda və ərəb ölkələrində olmuşdur. Bu səyahətlər zamanı o, klassik şərq musiqisi ilə yaxından tanış olmuşdur.


Kərbəlayi Lətif bir çox Azərbaycan xalq mahnı və rəqslərinin bilicisi olmuşdur. Sovet bəstəkarı Reynhold Qlier “Şahsənəm” operası üzərində işləyərkən Qarabağda olmuş, orada Kərbəlayi Lətifin ifasında otuza yaxın el mahnısı nümunəsini öyrənmiş və yazıb götürmüşdür. 1936-cı ildə Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli “Qız qalası” baleti üzərində işləyən zaman o, Azərbaycan balerinası Qəmər Almaszadə ilə birlikdə Şuşaya, Kərbəlayi Lətifin yanına gəlmişdi. Lətif onlara milli oyun havaları və şuşalı rəqqasələrin oyun texnikası barədə ətraflı məlumat vermişdi.

1935-ci ilin dekabrında Azərbaycanın sovetləşdirilməsinin 15 illiyinə həsr olunmuş Bakıda keçirilən birinci bədii özfəaliyyət müsabiqəsində Kərbəlayi Lətif “Bayatı-Qacar”, “Segah”, “Çobanı” muğamlarını iki qarmonda ifa edərək birinci yeri tutmuşdu. O, 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının Ümumittifaq müsabiqəsində tərifnamə ilə təltif edilmişdi.


Kərbəlayi Lətif 6 dekabr 1944-cü il Bərdədə vəfat etdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar