Xəbər lenti
25-07-2026, 19:27
 

İcra başçısı onu yüksək vəzifəyə təyin etdi FOTO

Tarix: 08-01-2025 01:12     Baxış: 4 144

Qüdrət Zülfüqarlı Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Zülfüqarlı Qüdrət Qabil oğlu 20 İyul 1999-cu ildə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur. 2016-2020-ci illərdə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə təhsil almışdır. 2021-2022-ci illərdə Xocavənd Rayon Mərkəzi Xəstəxanası PHŞ-də kargüzar vəzifəsində, 2022-2024-cü illərdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Əmirallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində çalışmışdır. Qüdrət Zülfüqarlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş ümumi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçərək Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

Qüdrət Zülfüqarlını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar