Xəbər lenti

Lerikdə Polis məktəblilərin qonağı olub Fotolar

Tarix: 27-11-2025 11:09     Baxış: 1 043

 Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada narkomaniya və kibercinayətkarlıq hallarına qarşı mübarizə mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev, Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, təhsil sektorunun müdiri Zöhrab Salayev narkomaniyanın səbəb olduğu ağır fəsadlar, internet mühitində mövcud olan kibertəhlükələr barədə məktəblilərə məlumat veriblər. Bir daha diqqətə çatdırılıb ki, gənclərin sağlam həyat tərzinə təşviqi narkomaniyaya qarşı mübarizənin ən effektiv üsullarından biridir.  Şəxsi və bank kartı məlumatlarının qorunması, təhlükəsizlik qaydalarına riayət etmək kibercinayətlərin qarşısının alınmasında əsas şərtdir. Sonda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar