Qalib xalqın qalib partiyası YAP

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli dövründə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. 1992-ci ildə Naxçıvanda ağır bir şəraitdə, böyük təzyiqlər altında , Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsi kimi yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. Qısa müddət ərzində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tolerantlığı gərəkləndirən partiyadır.
Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib. Yeni Azərbaycan Partiyasının üzvlərinin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Yeni Azərbaycan Partiyasının üzvü kimi belə güclü, qüdrətli, ölkədə gedən proseslərin mərkəzində dayanan bir partiyanın üzvü olmağımdan böyük qürur hissi keçirirəm.
MƏN , HEYDƏR ƏLİYEV - aşiqiyəm!
MƏN , VƏTƏN - aşiqiyəm
Yeni Azərbaycan Partiyasının bütün üzvlərini təbrik edirəm.
Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yaşasın müstəqil Azərbaycan Respublikası!
İlhamə Qasımova,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş







































0772703001 