Xəbər lenti

Məhərrəm Quliyev növbəti dəfə səyyar qəbul keçirdib Fotolar

Tarix: 21-11-2025 21:28     Baxış: 1 659

Goranboyda Kəhrizli kəndində səyyar qəbul keçirildi.

Mubarizciler.az xəbər verir ki,  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev,  rayonun hüquq mühafizə orqanlarının,  xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Kəhrizli  kəndində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin  həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə  müvafiq tapşırıq və tövsiyələrini bildirdi. İcra başçısı qəbuldan sonra Kəhrizli kənd tam orta məktəbində oldu, burada yeni inşa olunacaq modul tipli məktəb layihəsi barədə  söhbətlər apardı, bununla bağlı tapşırıq və tövsiyələrini bildirdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar