Xəbər lenti

Goranboyda Təhsil sektorunun təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib Fotolar

Tarix: 19-11-2025 15:03     Baxış: 2 177

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən görüşün məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır.

Mubarizciler.az xəbər verir ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Goranboy rayon prokurorunun müavini Babək Paşayev, Goranboy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Səbuhi Məhərrəmov, məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları iştirak ediblər. Görüş müddətində “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub.

Görüş interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar