Xəbər lenti

Goranboyda 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermiş çöküntü hadisəsi ilə bağlı İcra Hakimiyyəti Başçısı yanında Qərargahın operativ müşavirəsi keçirildi Fotolar

Tarix: 25-11-2025 19:08     Baxış: 1 351

Goranboyda, 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermiş çöküntü hadisəsi və bunun nəticəsinin aradan qaldırılması ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı yanında Qərargahın operativ müşavirəsi keçirildi.

Mubarizciler.az Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi-4 ünvanında yerləşən 5 mərtəbəli, 60 mənzilli yaşayış binasında baş vermiş çöküntü hadisəsi və bunun nəticəsinin aradan qaldırılması ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış Qərargahın operativ və işgüzar müşavirəsi keçirildi. Müşavirədə, İcra Başçısı Məhərrəm Quliyev, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin  Azərdövlətlayihə Gəncə Regional şöbəsinin mudiri Rüstəm Mehtiyev, FHN-nin Aran Regional Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Orxan Şıxıyev, rayon Polis şöbəsinin rəis müavini və digər aidiyyəti məsul şəxslər iştirak etdilər. Müşavirədə, mövcud vəziyyət və baş vermiş fəsadların aradan qaldırılması üçün gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr aparıldı,  İcra Başçısı tərəfindən bununla bağlı aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyələr verildi.

Məlumat üçün bildiririk ki, qəza baş vermis bina 1988-ci ildə inşa edilmiş və 1992-ci il tarixində istifadəyə verilmiş, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırlar, 3 mənzildə  isə yaşayış yoxdur. Hadisədən sonra, bina sakinləri kirayə evlərə yerləşdirilmiş, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin ediləcəkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar