Xəbər lenti

Goranboyda Təhsil ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib Fotolar

Tarix: 25-11-2025 22:02     Baxış: 623

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının Təhsil ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Mubarizciler.az xəbər verir ki, 25 noyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının Təhsil ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda YAP rayon təşkilatının sədri Samir Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov və partiya üzvləri iştirak ediblər.  Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra hesabat məruzəsi dinlənilib, təşkilatı məsələlərə baxılıb, ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib və səsvermə yolu ilə təşkilata yenidən sədr və sədr müavini seçilib. Beləliklə, Qasımova İlhamə Rafiq qızı ərazi partiya təşkilatının sədri, Mirəlizadə Ayşən Maarif qızı isə sədr müavini seçiliblər. YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev yeni seçilən tərkibi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Sonda yubiley yaşında olan partiya veteranlarına fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar