Xəbər lenti

Laçın Polisi maarifləndirici tədbir keçirib Fotolar

Tarix: 26-11-2025 12:04     Baxış: 623

Laçın Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zabux kənd tam orta məktəbində Bəylik və Sus kənd tam orta məktəblərində təhsil alan şagirdlərin də iştirakı ilə antinarkotik, kibertəhlükəsizlik və polis peşəsinə marağın artırılması mövzularını əhatə edən maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov gənclərin zərərli vərdişlərdən qorunmasının cəmiyyətimiz üçün prioritet məsələlərdən olduğunu bildirib. Narkomaniyanın insan sağlamlığına, dünyagörüşünə və sosial inkişafına vurduğu böyük zərbələrdən danışılıb. Şagirdlərə internet məkanında təhlükələr, sosial şəbəkələrdə dələduzluq və saxta profillər, şəxsi məlumatların qorunması və onlayn davranış qaydaları barədə də məlumatlar veribilib. Həm narkomaniya, həm də kibertəhlükəsizliklə bağlı hüquqi məsuliyyət, təhlükəli hallarda polisə müraciət qaydaları izah olunub. Bununla yanaşı, polis əməkdaşları Daxili İşlər Nazirliyinin Polis Akademiyası haqqında məlumat verərək gəncləri hüquq-mühafizə orqanlarında karyera qurmağa həvəsləndiriblər. Akademiyaya qəbul şərtləri, təhsil imkanları və gələcək xidmət perspektivləri barədə şagirdlərə ətraflı məlumatlar təqdim edilib.

 Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb, maarifləndirici video çarxlar göstərilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar