Elçin Kərimov vətəndaşları qəbul edib Fotolar

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov idarənin inzibati binasında vətəndaş qəbulu keçirib.
Mubarizciler.az Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına tapşırıqlar verib. Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən vətəndaş qəbulu hər həftənin cümə axşamı günü saat 15:00-dan 17:00-dək keçirilir.
Qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən 146-0-2 Çağrı mərkəzinə və ya info@ganja.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.

#EduAz #GəncəDaşkəsənRTİ #VətəndaşQəbulu
Xəbəri paylaş







































0772703001 