Xəbər lenti

Beyləqanda məktəblilərlə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 17-11-2025 17:25     Baxış: 1 169

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Əlinəzərli kənd və Şəfəq qəsəbə tam orta məktəblərində şagirdlərlə narkomaniyaya və digər mənfi vərdişlər əleyhinə maarifləndirici tədbirlər təşkil olunub.

Mubarizciler.az xəbər verir ki,  RPŞ-nin rəisi, polis polkovniki Ceyhun Qurbanov çıxışlarında narkotik vasitələrin insan sağlamlığına, psixoloji durumuna və sosial həyatdakı roluna vurduğu ağır zərərlər barədə geniş məlumat verib. Qeyd olunub ki, narkomaniya şəxsiyyətin inkişafını məhdudlaşdırır və cəmiyyət üçün ciddi təhlükə yaradır. Görüşlər zamanı şagirdlərə digər mənfi vərdişlərdən qorunma yolları, həmçinin sağlam və aktiv həyat tərzinin üstünlükləri barədə də məlumat verilib. Kiber məkanda yayılan dələduzluq hallarına qarșı aparılan mübarizə tədbirləri də iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlər interaktiv şəkildə davam edib, maraq doğuran suallar cavablandırılıb və mövzuyla bağlı maarifləndirici video çarx göstərilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar