Xəbər lenti

Göygöldə elmi-praktiki konfrans keçirilib Fotolar

Tarix: 25-11-2025 19:32     Baxış: 700

Göygöl rayonunun Firuzabad qəsəbəsində yerləşən Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunda keçirilən “Heyvandarlıqda Genetik seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı konfransda Rayon İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu, İnstitutun rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru, həmçinin müxtəlif elmi-tədqiqat institutlarının rəhbərləri, nazirliklərin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla anıblar. Daha sonra institutun həyətində təşkil olunan kənd təsərrüfatı sərgisinə baxış keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub, ardından Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqində Rayon İcra Hakimiyyətinin başçısı qonaqları salamlayaraq Göygöl rayonunun aqrar potensialından söz açıb, bölgədə həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini vurğulayıb. Həmçinin genetik seleksiya və biotexnologiyanın heyvandarlıq məhsuldarlığının artırılmasında oynadığı mühüm rolu qeyd edib. Konfransda çıxış edən alimlər, elmi-tədqiqat institutlarının rəhbərləri və nazirlik nümayəndələri heyvandarlıqda innovativ inkişaf, genetik resursların qorunması, seleksiya texnologiyalarının təkmilləşdirilməsi və aqrar sahənin müasir çağırışları ilə bağlı fikirlərini bölüşüblər. Rəsmi hissənin ardından konfrans bölmə iclasları ilə davam edib. İki gün davam edəcək konfrans çərçivəsində 25-ə yaxın alim və gənc tədqiqatçının məruzələri dinləniləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar