Xəbər lenti

Naftalanda Maarifləndirici tədbir keçirilib Fotolar

Tarix: 20-11-2025 16:27     Baxış: 784

Naftalanda Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Himayədar ailə sisteminin əsas istiqamətləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Şəhər İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının məsul əməkdaşları, şəhər Ağsaqqallar Şurasının sədri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. 

Qeyd edilib ki, Azərbaycan Respublikasında ailə siyasətinin həyata keçirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bir sıra layihələr həyata keçirilir. İştirakçılara himayədar ailə institutunun inkişaf perspektivləri və qarşıya qoyulan hədəflər barədə geniş məlumat verilib, “Himayədar ailə” qayğı modelinin mahiyyəti, tətbiq mexanizmləri və üstünlükləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, bu modelin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müəssisələrdə deyil, ailə mühitində, ailə dəyərləri ilə əhatə olunaraq, sevgi və qayğı dolu bir mühitdə böyüməsinə şərait yaratmaqdır.

Tədbirdə uşaqların sosial müəssisələrə yerləşdirilməsinin qarşısının alınmasının vacibliyi müzakirə olunub, yolverilməz olduğu diqqətə çatdırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar