Xocavənd Rayon İcra Hakimiyyətində müşavirə keçirilib Fotolar

21 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin, eləcə də bir sıra rayonlara yeni təyin olunmuş icra hakimiyyəti başçılarının qəbulu zamanı verdiyi tapşırıqların icrası ilə bağlı Xocavənd Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, idarə və müəssisələrin rəhbər işçiləri iştirak etmişdir.
Mubarizciler.az xəbər verir ki, Müşavirəni giriş sözü ilə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov açaraq, ölkə başçısının qəbul zamanı irəli sürdüyü strateji hədəflər, qarşıda duran vəzifələr və bölgələrdə idarəetmənin yeni mərhələsi barədə geniş məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 12 noyabr tarixli qəbul və çıxışında vurğulanmış prinsiplər – xalqa xidmət, şəffaflıq, mənəvi təmizlik, korrupsiyaya qarşı barışmazlıq, sosial ədalət, infrastrukturun müasir tələblərə uyğun təşkili, məşğulluğun artırılması, ekoloji tarazlığın qorunması və qanunsuz göstərişlərdən imtina edilməsinə dair tələblərin Xocavənd rayonunda yüksək səviyyədə icrasını təmin etmək məqsədilə Sərəncam imzalanmışdır.
Başçı bildirmişdir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlər, korrupsiyaya qarşı mübarizə, hesabatlılıq, xalqla təmas və etimadın doğruldulması, təvazökarlıq və etik davranış prinsipləri rayon İcra Hakimiyyətinin strukturuna daxil olan rayon İcra Hakimiyyəti başçısı aparatı, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, rayon İcra Hakimiyyətinin tabeliyində olan qurumların bütün vəzifəli şəxsləri, bütün əməkdaşları üçün əsas iş prinsipi hesab edilməlidir.
Sonda Eyvaz Hüseynov Prezident İlham Əliyevin tapşırıqlarının Xocavənd rayonunda icrasının daim nəzarətdə saxlanılacağını, bildirib.

Xəbəri paylaş

| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







































0772703001 