Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Ağcabədidə növbəti səyyar qəbul keçirib Fotolar

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı 24 noyabr 2025-ci il tarixdə Ağcabədi rayonunda məskunlaşan sakinlərlə növbəti səyyar qəbul-görüşünü keçirib.
Mubarizciler.az xəbər verir ki, görüşdə rayon rəhbərliyi, müvafiq xidmət təşkilatlarının nümayəndələri və rayon sakinləri iştirak ediblər. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası və bunun nəticəsi olaraq Böyük Qayıdış – Qarabağa köç prosesinin sürətlə və ardıcıllıqla həyata keçirildiyini vurğulayıb. Başçı bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Qarabağı qısa müddətdə tam yaşayış üçün hazır bölgəyə çevirib və bu proses davam edir. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd edib ki, Qarabağa qaydış dövlətin strateji prioritetidir və bu proses mərhələli şəkildə, tam təhlükəsizlik və müasir infrastruktur təminatı ilə icra edilir. Səyyar qəbul zamanı sakinlərin qaldırdığı əsas məsələ Xocavənd şəhərinə köçlə bağlı olmuşdur. İcra Hakimiyyətinin başçısı hər bir müraciəti dinləyərək aidiyyəti qurumlara tapşırıqlar verib, mövcud məsələlərin operativ araşdırılacağını və nəticələrin sakinlərə çatdırılacağını bildirib. Sakinlər diqqətə və göstərilən dəstəyə görə təşəkkür edərək Qarabağa qayıdış prosesinə böyük ümid və məmnunluqla yanaşdıqlarını vurğulayıblar.

Xəbəri paylaş







































0772703001 