Xəbər lenti

Hacıqabul Polisi məktəblilərin qonağı olub Fotolar

Tarix: 15-11-2025 12:53     Baxış: 378

“Narkomaniyaya yox deyək” sadəcə bir şüar deyil, sağlam gələcək naminə məsuliyyət çağırışıdır.

Mubarizciler.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində rayon ərazisində yerləşən 10 məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov bütün dünyanın ən ağrılı probleminə çevrilən və “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə məlumat verib, bu bəlanın gənclərin həyatında yaratdığı problemlər, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən aparılan qətiyyətli tədbirlərdən danışıb. Görüşdə şagirdlərə ölkəmizdə sabitliyin və asayişin təmin olunmasında polis əməkdaşlarının fədakar xidmətindən bəhs edilib, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan şagirdlərə Polis Akademiyasının tarixi və Polis Akademiyasına kursant qəbulu qaydaları, eləcə də müdavimlər üçün yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumatlar verilib.

Tədbir zamanı narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar