Xəbər lenti
15-09-2026, 17:52
 

İcra başçısı görülən işlərlə tanış olub Fotolar

Tarix: 08-08-2025 12:43     Baxış: 3 080

Səfikürd kəndində yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər aparılır.

Goranboy rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəhid ailələrinin “Azəravtoyol” ASC rəhbərliyinə birgə müraciəti və Səfikürd bələdiyyəsinin təşkilatçılığı əsasında, Goranboy-Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd kənd tam orta məktəbinə gedən avtomobil yolunun asfaltlaşdırılması işləri davam etdirilir. 

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri,  bir qrup şəhid ailələri və ağsaqqallar ilə birgə aparılan işlərlə yerində tanış oldu. İcra başçısı aparılan işlərin texniki qaydalara uyğun keyfiyyətlə təmin edilməsi üçün, iş icraçılarına müvafiq tövsiyyələrini bildirdi, kəndin digər həlli vacib məsələləri ilə bağlı kənd ictimaiyyətinin nümayəndələri ilə müzakirələr apardı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar