Xəbər lenti

Tərtərdə ağacəkmə aksiyası keçirlib Fotolar

Tarix: 18-11-2025 19:30     Baxış: 924

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər rayonunda Tərtər-Bərdə avtomobil yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib.

Mubarizciler.az xəbər verir ki, ağacəkmə aksiyasında Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Aksiya çərçivəsində ərazidə 350 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyada iştirak edənlər çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildiriblər. 









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar