Xəbər lenti
8-05-2026, 14:49
 

Zərdabda Polis “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirib Foto

Tarix: 22-11-2025 23:26     Baxış: 777

Gələcəyini məhv etmə – narkotikə YOX de!

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun  Məlikumudlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə çıxış edən şöbə əməkdaşları bildiriblər ki, narkotik vasitələr insan sağlamlığını sürətlə məhv edən, psixoloji və sosial problemlər yaradan təhlükəli maddələrdir. Bir dəfə sınaq kimi qəbul edilən narkotik zamanla güclü asılılığa çevrilir və insanın həyatını nəzarətdən çıxarır. Bu səbəbdən hər bir fərd “ağ ölümün” fəsadlarını yaxşı bilməli və ondan uzaq durmağın vacibliyini dərk etməlidir. Daha sonra çıxış edən digər iştirakçılar da məktəblilərə bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə məlumatlar verərək keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıblar. Tədbirinin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar