Xəbər lenti

Şirvanda Polis “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirib Foto

Tarix: 21-11-2025 14:59     Baxış: 1 414

Həyatını Seç, Narkotiklərə Yox De! 

Mubarizciler.az xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Seymur Əfəndiyev narkomaniyanın insan həyatını və gələcəyini məhv edən təhlükəli bir vərdiş olduğunu bildirib. Bu asılılığın insanın fiziki və psixoloji sağlamlığını zədələdiyini qeyd edən şöbə rəisi, “ağ ölüm” bəlasının qarşısının alınmasında əsas yolun gənclərin maarifləndirilməsi olduğunu iştirakçıların diqqətinə çatdırıb. Həmçinin tədbir zamanı iştirakçılar tərəfindən daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərin sualları da cavablandırılıb, Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumatlar verilib.Görüşün sonunda narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən  videoçarx nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar