Xəbər lenti

İcra başçısı bir qrup şəhid ailələri ilə görüşüb Fotolar

Tarix: 15-11-2025 21:25     Baxış: 616

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bu gün İcra Hakimiyyətinin inzibati binasında bir qrup şəhid ailəsi ilə görüş keçirdi.

Mubarizciler.az xəbər verir ki, görüş zamanı o, hər bir ailənin müraciətlərini diqqətlə dinləyib, onları narahat edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verdi. Şəhid ailələrinin sosial qayğıları, gündəlik problemləri və ehtiyacları ilə yaxından maraqlanan icra başçısı onların həyat şəraitinin yaxşılaşdırılması, qaldırılan məsələlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara xüsusi göstərişlər ünvanladı. Məhərrəm Quliyev vurğuladı ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. O bildirdi ki, Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə xidmət etmək, onların problemlərini həll etmək hər bir dövlət məmurunun mənəvi borcudur. Görüşdə şəhid ailələrinin nümayəndələri onlara göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə edərək, bu kimi görüşlərin həm mənəvi, həm də sosial baxımdan böyük önəm daşıdığını qeyd etdilər. Səmimi və humanist ruhda keçən qəbulun sonunda ailələrin müraciətlərinin icrası ilə bağlı konkret addımların atılacağı bildirildi. Bu görüş bir daha göstərdi ki, Goranboy rayonunda şəhid ailələrinin problemləri daim diqqət mərkəzində saxlanılır və onların rifahı üçün bütün imkanlar səfərbər olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar