Xəbər lenti

Əli İbrahimov: Bu bir faktdır ki, hər kəsin xidmət yerində şəxsiyyətlərarası konfliktlər daim var 0

Tarix: 16-02-2023 02:05     Baxış: 2 159

Bu bir faktdır ki, hər kəsin xidmət yerində şəxsiyyətlərarası konfliktlər daim var. Burada işçilərin şəxsiyyət və temperament tipləri, əxlaq dəyərləri, bilik və bacarıqları müxtəlif dərəcədə rol oynayır. Lakin konfliktlərin baş vermə tezliyi rəhbərin liderlik keyfiyyəti, yaratdığı işgüzar mühit, işçilərlə əlaqələrindən birbaşa asılıdır. Əgər rəhbər sağlam və vahid iş mühiti qura bilibsə, o zaman bütün işçilər həmin eyni məqsədə xidmət edəcək. Müşahidələrimdən deyə bilərəm ki, vahid məqsədə ürəkdən xidmət edən kollektivdə şəxsiyyətlərarası konfliktlər çox az baş verir və hər hansı fikir çəkişmələri əsasən əxlaqlı rəqabətdən doğur. Belə çəkişmələr müzakirə anlamlıdır və nəticədə yenə də xidmət yerinin məqsədinə xidmət edir. Bacarıqsız, ləyaqətsiz, təkəbbürlü, insanlar arasında nifaq salan kadrların komandaya daxil olması işdə qeyri sağlam mühit yaradır. Müdrik kəlamda deyildiyi kimi "Çayın suyu dənizə tökülənə qədər şirin, ailə mərdimazar insan işə qarışana kimi möhkəm olar". Özünü sübut etmə, qisasçılıq hissləri qərəzli konfliktlərə gətirib çıxarır. Belə iş mühiti isə zəngin mənəviyyatlı insanlar üçün heç də arzu edilən deyil. Qərəzli konflikt yaratmaq isə mənfur insanların həyat tərzidir. Harada olsalar, müxtəlif konfliktlərin səbəbkarına çevriləcəklər. Böyük şairimiz Hüseyn Cavid belə insanları İblis adlandırır.


Yüksək əqidə sahibi olan savadlı və bacarıqlı insanlar belə iş mühitindən uzaqlaşır, sonda konfliktə meyilli fitnəkar insanlardan ibarət komanda formalaşır. Belə komanda yuxarı rəhbər üçün ziyanlıdır. Həmin komandaya düşən təcrübəsiz gənc kadrın da işgüzar baxışları, idarəetmə anlayışı o mühitdə formalaşır və ya formalaşdırılır. Zövqü və düşüncəsi belə bir şəraitdə formalaşan və özünü "təcrübəli" hesab edən "ağsaqqal"lardan "Düz düzdə qalar" kimi təhrif olunmuş, əxlaqa zidd tövsiyələr eşidirik. Əslində onlar heç fərqinə də vara bilmirlər ki, əxlaqlı, əqidəli insanlara yönəlik atalar sözünün doğru deyilişi belədir: "Düz düz də qalar". Yəni düz adam həmişə düzgün davranacaq, onu pisə dəyişmək mümkün olmayacaq. Burada "də" şəkilçisi gücləndirici ədatdır. Düz olmağı bacarmayanlar bu ədatı "düz" sözünə birləşdirərək özlərinin qeyri-əxlaqi davranışlarına don geyindirmək,  mənəviyyatı təmiz insanları sağlam əqidəsindən döndərib, özlərinə tay etmək məqsədi güdürlər. Sağlam iş mühiti qurmaq üçün ilk növbədə rəhbər özü sağlam əqidəyə və saf niyyətə malik olmalıdır. Dəyişilməz bir fəlsəfəm var: hər bir insanın cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. İnsanın vəzifəsi, cəmiyyətdə yeri, rolu və nüfuzu artıqca bu məsuliyyət də artır. Ən böyük məsuliyyət ilk növbədə layiqli vətəndaş olmaq istəyidir. Xüsusən yaxşı rəhbər cəmiyyət qarşısında öz məsuliyyətini dərk edib, layiqli vətəndaş olmaq istəməsi onun sağlam əqidəyə malik olduğunu göstərir. Uğur sağlam əqidəli insanların sükan arxasına keçməsindən başlayır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar