Eşqin Axundlu: Müəllimin haqqı ödənilməz
Müəllimin haqqı ödənilməz.
Adı dərs günlərindən biri idi.İbtidai sinifdə oxuyan İlknur dərsi bitdiyi üçün məktəbin həyətində oturub anasını gözləyirdi .İlknurun anası Ceyran müəllimə hələ dərsdə idi. Bir saatdan sonra dərsdən çıxacaq ,qızının əlindən tutub evə gedəcəkdilər. Məktəbin həyətində bir neçə valideyin qadın dayanıb ordan burdan sohbətləsir, övladlarının dərsdən çıxmasını gözləyirdilər. Onlar İlknura baxıb picildasdilar. İlknur bir qədər duruxsada maraq onu bir azda yaxın durmağa məcbur etdi. Bu zaman Sona müəllimə məktəbin qapısından çıxıb ,ədəblə valideyinlərə Salam verib, İlknurun başına sığal çəkib dedi: ananı gözləyirsən?
İlknur bəli cavab verdi. Bir qədər kədərlə gülümsəyən Sona müəllimə sağ olasan deyib ayrıldı.
Bayaqdan bunları izləyən valideyinlərdən biri dilləndi nə qəşəng qadındır, zövqlə geyinib.
Tez bir qadın bir az hikkəli şəkildə dilləndi: ay qız gəl o da geyinməsin. Bizim pulumuza geyinirdə. Hələ bizə bir forsda edir. O geyinməsin kim geyinsin. Qadın qızışıb bir qədər bərkdən danışıb,əl qolunu oynadaraq müəllimlər haqqında danışdigi üçün Sona müəllimənin onlara yaxınlaşdığını görmədi.
Sona müəllimə bir qədər sərt amma olduqca təmkinlə üzünü danışan qadına tutub dedi: bağışlayın. Biz tanışıq?
Qadın duruxdu və dedi bəlkə siz məni tanımırsiz, amma mən sizi tanıyıram. Mən Rahibin valideyiniyəm. Yadinizdadi keçen il sizin yanınıza hazırlığa gəlirdi. Özüdə yüksək balla universitetə qəbul oldu.
Sona xanım dedi ,hə lap yaxşı siz deyin görüm mən niyə sizin pulla geyinib gecinib, dolanıram. Bir bunu mənə aydınlaşdıra bilərsiniz?
Qadın eyni hikkə ilə dedi ,a necə yani biz hazırlığa uşaq qoymasaq ,sizə pul verməsək siz belə dolanarsiz? Dövlət sizə nə maaş verir ki siz də onunla dolanasiz.
Sona müəllimə qəzəbini zorla boğdu . Üzünü valideynə tutaraq bir az uca səslə sözə başladı.
Düzdür biz bu repetitorluqla dolanırıq. Amma bu o demək deyil ki bizi siz dolandirirsiz. O bizim zəhmət haqqımızdir.
Xanım sizin oğlunuz bir il mənim yanımda olub ,bir dəfə zəng edib onunla , onun dərsləri ilə maraqlanmış? Qadın dedi yox .
Sona müəllimə davam etdi. Baxın bizim işimiz bu ölkənin övladlarını savadlı yetişdirməkdir.
Siz pulu bizim üçün yox övladınız üçün, onun təhsili üçün vermisiz. Mənim sizin övladınız üçün çəkdiyim əziyyətin bəlkə də heç onda birini odəməmisiz. Çünki yalnız pul ödəməklə ana ,ata olunmur. Siz övladınızı hazırlığa qoymusuz deyə, ona pul verirsiz deyə onunla heç maraqlanmamisiz. Onun çiynində necə bir ağır yük olduğunu belə anlamamısiz. Ona mənəvi dəstək olmamışız. Sizin işiniz ancaq pul ödəməklə bitib. Ancaq bu işin ən asan tərəfidir.
İndi baxın biz müəllimlər nə etmişik.
Həm dərsdə həm hazırlıqda daim oğlumuza elm,savad öyrətməklə qalmamışıq. Bəzən siz səhərin şirin yuxusuna haram qatmayıb yerinizdən durmamısız,uşağınız məktəbə ac gəlib, bir manat verməklə analıq borcunuzu bitmiş hesab etmisiz. Müəllim olaraq , biz onun rəngindən, əlinin titrəməsi sən onun ac olduğunu anlamışiq, onu dərsdən çıxardıb , məktəbin bufetinden ona isti çay, peçenye alıb yedirtmisik. Evimizə dərsdən bir başa hazırlığa gəldiyini biləndə öz əlimlə ona çay dəmləyib , Allah verəndən bir tikə yedizdirib , sonra dərsə başlamışam.
Sizin övladlarınız savadlı olsun deyə özümü ,ailəmi unutdun onlarla məşğul oldum. Bilirsiz bu sizin sadəcə pul qazanmaq kimi baxdığınız repetitorluq məndən nələri aldı?
Mən övladlarımın ilk gülüşünü, ilk sevincini görmədim. Övladım ilk addımlarını qırxa qorxa atanda yanında anasını görmədi. Yıxılanda onu anası durquzmadi. Yeməyini anası rahat yedirə bilmədi . Övladlarımız ana sevgisini az gördü. Dostumuz yoldaşınızla aramıza məsafələr girdi. Vaxt tapmadıq ki bir oturaq dərdləşək.
Xəstə həyat yoldaşıma lazımınca qulluq göstərə bilmədim. Sən şirin yuxuda olanda mən paltar yudum,utulədim, şəhərin yeməyin bişirdim ki övladım heç olmasa hazır yemək tapsın Baxın bu balaca qızcığaza deyib barmağı ilə İlknurun göstərdi və davam etdi bu körpə bala dərsdən çıxıb yorulub, amma anasını gözləyir. Siz uşaqlarınızı gözləyirsiz ,amma bizim uşaqlar saatlarla qapı arxasında durub anasını gözləyir ki onu evə aparsın. Axı onun anası sizin uşaqlara elm öyrədir .təlim tərbiyə verir. Öz balasından kəsib sizin övladlara gözəl insan olmağı öyrədir.
Bu uşaqlarda sizin uşaqlar kimi istəyir ki dərsdən çıxanda qapıda onu anası gözləsin, onun əlindən tutub evə aparsın, yolda mağazaya dönüb onun istədiyini alsın, evde onun paltarını dəyişib,qarşına isti yemək qoyub, nazlandira nazlandira yeməyini yedirtsin. Bu uşaqların i qayğıya ehtiyacı yoxmu? Var özüdə lap çox . Amma onun anası sizin balalarla məşğuldur. Sizin ovladlar üçün, onlar gələcəkdə yaxşı mütəxəssis olması üçün ömrünü şam kimi əridir. Əvəzində siz nə edirsiz? Onun əziyyətini necə qiymətləndirirsiz.
Yaxşı düşünün kim kimə borclu qalır. Müəllim valideyine ,yoxsa valideyin müəllimə. Gözləri qızarmışSona müəllimə dedi: inan ki mən indi bir müəllim həyatının çox acı gerçəkliyin cooox az hissəsini dedim. Sağ ol deyib, təşəkkür edəcəyiniz, ehtiramla qarşılayacaqsınız şəxs müəllim olmalı. Bu gün fəxrlə övladlarınızı başqasını qarşında oyursuzssə bu bəlkə də sizdən çox müəllim əməyinin , zəhmətinin bəhrəsidir.
Sona müəllim susub,bir xeyli valideyinlərə baxdı və çıxıb getdi. Ortalığa çox ağır bir sükut çökmüşdü. Hamı sanki bir birinə baxmağa utanırdı. Sükutu zəng səsi, uşaq səsi pozdu. Valideyinlər dən biri çox peşman şəkildə dedi biz müəllimlərə haqsızlıq etdik.
Digər qadın isə acı acı gülümsəyib dedi afərin sona müəllimə bizə həyatımızın dərsin verdi əsl müəllim olaraq.
Xəbəri paylaş