Xəbər lenti

Mikayıl Müşfiqin anadan olmasının 116 ili tamam olur

Tarix: 05-06-2024 14:21     Baxış: 721

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 116 ili tamam olur

Mubarizciler.az xəbər verir ki,  Mikayıl İsmayılzadə (Müşfiq) 1908-ci il iyunun 5-də Bakıda anadan olub. Şairin ilk mətbu əsəri “Bu gün” şeiri, “Duyğu yarpaqları” isə son şeiridir. Onun zəngin ədəbi irsinə lirik növün əksər janrları daxildir. “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” və s. kitablarının müəllifidir. Mikayıl Müşfiq A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Mikayıl Müşfiq 1938-ci ildə vəfat edib.

Görkəmli şairin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbələrə, məktəblərə, küçələrə adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar