Xəbər lenti

Ağstafada Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib Fotolar + Yenilənib

Tarix: 05-10-2026 20:22     Baxış: 609

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəisi Vüqar Dadaşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər müəllimlik peşəsinin cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, savadlı və vətənpərvər gənc nəslin formalaşmasında mühüm rolundan bəhs ediblər.

Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı və təhsil işçilərinin əməyinə verilən yüksək qiymət xüsusi vurğulanıb. Bildirilib ki, müəllimlərin fədakar və məsuliyyətli fəaliyyəti, şagirdlərin təlim-tərbiyəsində göstərdikləri peşəkarlıq və səylər təhsil sahəsində əldə olunan uğurların əsas amillərindəndir. Müəllim əməyinin yalnız bilik verməklə məhdudlaşmadığı, eyni zamanda gənc nəslin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Daha sonra təhsil sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və fərqlənən xidmətləri ilə seçilən müəllimlərə Fəxri Fərmanlar və təşəkkürnamələr təqdim olunub.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında müəllimlərə həsr olunmuş musiqi nömrələri, şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim edilib. Sonda müəllimlər peşə bayramı münasibətilə təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb
























Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar