Xəbər lenti

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı şəhid anası ilə görüşüb Fotolar

Tarix: 09-10-2026 14:24     Baxış: 525

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlunun anası Xatirə Cəfərova ilə görüşüb. 

Mubarizciler.az xəbər verir ki, İcra başçısı Vətən müharibəsi şəhidinin anasını qəbul edərək onun qayğıları ilə maraqlanıb.

Qəbul zamanı şəhid anasının müraciəti dinlənilib, qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəhid anasının müraciəti ilə bağlı müvafiq tapşırıqlar verilib, və məsələnin aidiyyəti üzrə araşdırılması, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi tapşırılıb.

Xatirə Cəfərova göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar