Xəbər lenti

Goranboyun İcra başçısı tütünçülük sahəsində görülən işlər və mövcud vəziyyətlə yerində tanış oldu Fotolar

Tarix: 09-10-2026 10:57     Baxış: 504

Goranboy rayonunda tütünçülüyün inkişafı və məhsul yığımının gedişi diqqət mərkəzindədir

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birlikdə rayonda tütün yığımının gedişi, tütünçülük sahəsində görülən işlər və mövcud vəziyyətlə yerində tanış oldu.

Rayon rəhbəri tütünçülüyün kənd təsərrüfatında mühüm istiqamətlərdən biri olduğunu qeyd edərək kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi, əkin sahələrindən səmərəli istifadə olunması, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinə dəstək göstərilməsi rayonun aqrar potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.

Baxış zamanı rayon ərazisində tütünçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlər, becərilən tütün sahələrində məhsul yığımının təşkili, yığım prosesinin gedişi və istehsal mərhələsində görülən işlər barədə ətraflı məlumat verildi. 

Bildirildi ki, 2026-cı ildə Goranboy rayonunda 330 hektar sahədə tütün əkini həyata keçirilib. Tütün sahələrinin müasir suvarma sistemləri ilə tam təchiz edilməsi su ehtiyatlarından səmərəli istifadəyə, bitkilərin su təminatının yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına əlverişli şərait yaradır.

Əkin zamanı istifadə olunan tütün sortu Virciniya (NC291) çeşididir. Bu sortun seçilməsi tütün istehsalında məhsuldarlıq və keyfiyyət göstəricilərinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır.

Məlumat üçün bildiririk ki, 9 oktyabr 2026-cı il tarixinə olan məlumata əsasən, 998 ton yaş tütün məhsulu toplanılıb. Hazırda məhsul yığımı davam etdirilir və cari mövsümdə yüksək nəticələrin əldə olunacağı proqnozlaşdırılır.

Goranboy rayonunda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı, aqrar istehsalın genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar