Xəbər lenti

Goranboyun İcra başçısı şəhid ailələri ilə görüşüb Fotolar

Tarix: 08-10-2026 15:50     Baxış: 1 120

Goranboyda Şəhid ailələri ilə görüşlər davam edir

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılması və həlli istiqamətində tədbirlər davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfikürd kəndində Vətən müharibəsi şəhidi Beybudov Nofəl Həmid oğlunun ailəsinə məxsus fərdi yaşayış evində şəhid ailələri ilə görüş keçirdi.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti qurumların nümayəndələri, şəhid ailələri və kənd sakinlərinin iştirak etdiyi görüşdə şəhid ailələrinin sosial-məişət şəraiti, gündəlik qayğıları və onları narahat edən məsələlər ətraflı dinlənilərək səsləndirilən müraciət və təkliflər diqqətlə nəzərdən keçirilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələri ilə söhbət zamanı Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri Vətən qarşısında misilsiz xidmətləri olan şəhid ailələrinin və qazilərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması olduğunu bildirərək onların müraciətlərinin operativ şəkildə araşdırılması, qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi və sosial təminatlarının gücləndirilməsi daim diqqətdə saxlanıldığını qeyd etdi.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək dövlət tərəfindən sosial dəstəyin yüksək qiymətləndirildiyini bildirdilər.

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilərlə mütəmadi görüşlərin keçirilməsi, onların sosial qayğılarının öyrənilməsi və müraciətlərinin həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar