Xəbər lenti

Goranboyun İcra başçısı pambıq sahələrində aparılan yığım işlərinin gedişi ilə yerində tanış oldu Fotolar

Tarix: 10-10-2026 17:03     Baxış: 595

Goranboyda pambıq yığımı sürətlə davam edir

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə Goranboy şəhəri ərazisində pambıq sahələrində aparılan yığım işlərinin gedişi ilə yerində tanış oldu.

Rayon rəhbəri sahələrdə yığım prosesinin səmərəli təşkili, texnikadan düzgün istifadə və məhsulun vaxtında tədarükü ilə bağlı məsələlərlə maraqlanaraq aidiyyəti şəxslərə yığım işlərinin operativ və fasiləsiz davam etdirilməsi, fermerlərə lazımi dəstəyin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.

Qeyd edək ki,  cari təsərrüfat ilində rayonda 1492,6 hektar sahədə pambıq əkilib. Yığım işlərinə yeni başlanılmasına baxmayaraq, bu günədək 700 tondan çox məhsul toplanıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar