Xəbər lenti

Naftalanda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olunub Fotolar

Tarix: 05-10-2026 18:17     Baxış: 1 022

Naftalan Şəhər İcra Hakimiyyətində “5 oktyabr - Beynəlxalq  Müəllimlər Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə ŞİH-nin başçısı Məmmədiyə Məmmədov, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri, təhsil işçiləri və məsul əməkdaşlar iştirak edib.

 Mubarizciler.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan ŞİH-nin başçısı Beynəlxalq  Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edərək bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev elm və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayaraq Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir. Həmçinin, bu sahənin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulayaraq Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın  tapşırıq və göstərişləri ilə reallaşdırılan kompleks tədbirlər nəticəsində böyük uğurlar əldə olunduğunu qeyd etmişdir.

Digər natiqlər təhsillə bağlı görülən işlərdən söz açıb, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş mühim işləri qeyd ediblər.

Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən bir qrup təhsil işçiləri fəxri fərmanlarla təltif olunub.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar