Xəbər lenti

Xocavəndin İcra başçısı Ağcabədi rayonunda məskunlaşmış rayon sakinləri ilə görüşüb Fotolar

Tarix: 09-10-2026 14:33     Baxış: 427

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Ağcabədi rayonunda məskunlaşmış rayon sakinləri ilə olub

Mubarizciler.az xəbər verir ki, 2026-cı ilin 7 oktyabr tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ağcabədi rayonunda məskunlaşan sakinlərlə növbəti görüşünü keçirib.

Yerli əhalinin və İcra Hakimiyyəti nümayəndələrinin qatıldığı tədbirdə RİH başçısı açılış nitqi söyləyərək iştirakçıları səmimi salamlayıb. O, son bir ayda Ölkə Prezidenti cənab İlham Əliyevin son dərəcə gərgin və səmərəli fəaliyyət proqramı ilə seçildiyini diqqətə çatdırıb. Həmçinin xarici diplomatik əlaqələr, eləcə də ölkə daxilində aparılan quruculuq işləri və regionların inkişafı istiqamətində vacib səfərlərin, strateji qəbulların reallaşdırıldığını vurğulayıb. Çıxışda cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı dərin məzmunlu nitqinə xüsusi toxunulub. Qeyd olunub ki, bu qurultay tamamilə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, partiyamızın qurultayı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra baş tutur. Dövlət başçısının vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyevin siyasi xətti dəyişməz olaraq qalır. Qazanılan böyük qələbələrimizin təməli məhz Yeni Azərbaycan Partiyasının təsis qurultayı və ondan sonrakı dövrdə qoyulmuşdur. Azərbaycan 1993–2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxmışdır. Məhz o dövrdəki AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti və yanlış xarici siyasəti nəticəsində torpaqlarımız işğala məruz qaldığı bir vaxtda ölkəmizə karşı sanksiyalar tətbiq edilmiş, 907-ci maddəyə düzəliş daxil olunmuşdu. Lakin Heydər Əliyev kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bütün bu çətinlikləri dəf edərək tarixi Zəfərə imza atdı.

Tədbirdə həmçinin qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işləri fasiləsiz davam edir. Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılmışdır. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib və böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb və bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək. Bu çərçivədə Xocavənd rayonu üzrə məskunlaşma prosesi də sürətlə həyata keçirilir. Belə ki, 2025-ci ilin oktyabr ayından bu günə qədər rayonun 8 yaşayış məntəqəsinə 1097 ailə (ümumilikdə 4435 nəfər) doğma yurdlarına geri dönüb. Rayonda sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılıb, artıq yerli sakinlərin istifadəsi üçün məktəb və xəstəxana tam fəaliyyətə başlayıb. Tədbirdə rayon sakinlərinə öz ata-baba torpaqlarına köçmələri ilə bağlı çağırış olunub, xüsusilə Güneyxırman, Quzeyxırman, Kiş və Ağkənd kəndlərinin füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi və yaradılmış müasir yaşam şəraiti diqqətə çatdırılaraq bu ərazilərdə məskunlaşmanın üstünlükləri vurğulanıb.


Görüşün sonunda səyyar qəbulda iştirak edən sakinlərin müraciət, mülahizə və təklifləri fərdi qaydada dinlənilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar