Seymur Orucov vətəndaşların müraciətlərini dinləyib Fotolar

Böyük Kəsik kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib.
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir.
Mubarizciler.az xəbər verir ki, Müvafiq qrafikə uyğun olaraq Böyük Kəsik kənd tam orta məktəbinin binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qəbulda səsləndirilən müxtəlif məzmunlu məsələlərə dair vətəndaşlara qanunamüvafiq izahatlar verilib. Hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.



Xəbəri paylaş







































0772703001 