Xəbər lenti

Müstəqim Məmmədov vətəndaş müraciətlərini dinləyib Fotolar

Tarix: 06-10-2026 12:22     Baxış: 693

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşların qəbulunu keçirib. Qəbul zamanı şəhid ailələri və qazilər növbədənkənar qaydada qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıq göstərilib.

Mubarizciler.az xəbər verir ki, vətəndaşlar əsasən işlə təmin olunma, evlə təmin olunma, bələdiyyədən əkin üçün icarəsinə torpaq sahəsinin ayrılması, evinin dam örtüyünün təmir olunmasına köməklik və digər məsələlərlə bağlı müraciətlər ediblər. İcra başçısı tərəfindən vətəndaşların müraciətləri diqqətlə dinlənilib, səlahiyyət çərçivəsində olan məsələlərin həlli istiqamətində tapşırıqlar verilib, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar təqdim olunub. Qəbulun sonunda vətəndaş məmnunluğu təmin edilib.

Sakinləri ölkədə həyata keçirilən islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar