Ülfət Qurbanov vəzifədən ayrılmasına münasibət bildirib

Mingəçevir Şəhər Xəstəxanasının direktoru Ülfət Qurbanovun vəzifəsindən ayrılması ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb.
Bəzi xəbərlərdə onun TƏBİB rəhbərliyi ilə bağlı müəyyən səbəblərdən vəzifəsini tərk etdiyi iddia olunub. Lakin məsələ ilə bağlı Ülfət Qurbanovun öz mövqeyini öyrənmək üçün Mubarizciler.az olaraq onunla əlaqə saxladıq.
Ülfət Qurbanov saytımıza açıqlamasında mətbuatda yayılan iddialara aydınlıq gətirib.
O bildirib ki, vəzifədən ayrılmasının səbəbi səhhətində yaranmış problemlərlə bağlıdır.
“Hazırda müalicə alıram. Səhhətimdə yaranmış problemlərlə əlaqədar TƏBİB rəhbərliyi də daim mənimlə maraqlanır”, – deyə Ülfət Qurbanov bildirib.
O, həmçinin vəzifəsindən öz ərizəsi ilə ayrıldığını xüsusi olaraq qeyd edib.
Beləliklə, Ülfət Qurbanovun açıqlamasından aydın olur ki, mətbuatda onun işdən ayrılması ilə bağlı yayılan bəzi məlumatlar onun təqdim etdiyi səbəblə üst-üstə düşmür.
Burada əsas sual isə belədir: Mətbuatda yayılan ilkin məlumatlar hansı mənbəyə əsaslanıb və bu məlumatların nə dərəcədə doğru olduğu araşdırılıbmı?
Ülfət Qurbanovun açıqlaması isə məsələyə fərqli istiqamətdən yanaşmağa əsas verir: onun sözlərinə görə, vəzifədən ayrılmasının səbəbi TƏBİB rəhbərliyi ilə münasibətlər deyil, səhhətində yaranmış problemlərdir.
Mubarizciler.az olaraq tərəflərin mövqeyini oxuculara çatdırmaq və məsələnin bütün detalları ilə bağlı obyektiv məlumat təqdim etməkdə davam edəcəyik.
Xəbəri paylaş







































0772703001 