Xəbər lenti
21-04-2025, 11:54
 

İcra Başçısı Şəhid Özal Yusiflinin ailə üzvlərini ziyarət etdi - Fotolar

Tarix: 18-05-2024 18:09     Baxış: 714

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev ənəvəvi Şəhid ailələrini ziyarəti çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Özal Yusiflinin ailə üzvləri ilə yaşadıqları rayonun Aşağı Qarxun kəndində görüşərək, ailənin qayğıları ilə maraqlanıb. 

Mubarizciler.az xəbər verir ki, Söhbət zamanı Şəhidimizin qəhrəmanlıqlarla dolu döyüş yoluna nəzər salınıb, Şəhidlərimizin həyat yolunun indiki və gələcək nəsillər üçün örnək olduğu vurğulanıb. 

Ziyarət əsnasında iştirakçılar Şəhidin ailəsi üçün inşa edilən evdə gedən tikinti işləri ilə tanış oldular.

Şəhid Yusifli Özal İdris oğlu Vətən müharibəsində müddətdən artıq hərbi qulluqçu kimi iştirak edib,  Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.

Şəhid Özal Yusifli evli idi,1 qız övladı var. 

Şəhidin atası İdris Yusifov ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar