Xəbər lenti
21-04-2025, 11:54
 

YAP Goranboy rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi - Fotolar

Tarix: 20-04-2024 12:50     Baxış: 1 036

19 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Kəhrizli ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

 Mubarizciler.az xəbər verir ki, Yığıncaqda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin unudulmaz və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda çıxış edən YAP Goranboy rayon təşkilatının sədr müavini Cavid Mustafayev Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş Nizamnamə və Proqramın mahiyyətindən və ərazi partiya təşkilatlarının qarşısında duran mühüm vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Sonra hesabat məruzələri dinlənilib, təşkilatı məsələlərə baxılıb, Ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib və səsvermə yolu ilə təşkilata yenidən sədr və sədr müavini seçilib.

Beləliklə, Paşayev Ceyhun Sabir oğlu Kəhrizli ərazi partiya təşkilatının sədri, Həsənov Şahin Mehman oğlu isə sədr müavini seçiliblər. 

Sonda YAP Goranboy rayon təşkilatının sədr müavini yeni seçilən tərkibi təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar